Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:40

-

ANS-lə ATV-nin aparıcısı arasında məhkəmə çəkişməsi davam edir.

2015-ci ilin mayında baş vermiş yanğınla bağlı ATV-də Mətanət Əliverdiyevanın «bir külək idi, oldu keçdi» reaksiyası və ANS-in də öz «Xəbərçi»sində bu məsələ ilə bağlı süjet hazırlamasından sonra başlanan qalmaqal Bakı Apellyasiya Məhkəməsinə qədər gedib çıxıb.

ATV-nin digər aparıcısı İlkin Həsənli həmin süjeti Facebook səhifəsində paylaşıb və əlavə olaraq, «...Başa düşürəm, TV adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiniz, onlar ATV-yə gəldi, hörmət, azadlıq və yüksək maaş gördü, amma belə etməməliydiz! Bu gün siz rəsmən ATV kanalına efir müharibəsi elan etdiz! OK, olsun!» yazıb.

ANS bu statusla İlkin Həsənlinin bütövlükdə telekanal və əməkdaşlarını təhqir etdiyi qənaətinə gələrək, ATV-nin aparıcısına qarşı 100 min manat təzminat və Facebook səhifəsində ANS-dən üzr istəməsi tələbi ilə iddia qaldırmışdı. Nəsimi Rayon Məhkəməsi iddianı qismən - üzr istəməklə bağlı hissəsini təmin edib.

Qərardan narazı qalan İlkin Həsənli apellyasiya şikayəti verib. Yanvarın 28-də apellyasiya şikayətinə baxılıb və təmin olunmayıb.

İlkin Həsənli bildirib ki, mübahisəyə səbəb olmuş statusda konkret ANS-i nəzərdə tutmayıb. O, həmçinin apellyasiya şikayətində məhkəmənin bu cür qərarla iki telekanalı qarşı-qarşıya qoymaq məqsədi güddüyünü qeyd edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG