Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:42

-

“Bank of Azerbaijan” ASC-nin əmanətçilərinə sığortalanmış əmanətlərin qaytarılmasına yanvarın 29-dan başlanacaq. “APA” informasiya agentliyi bu xəbəri Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadova isnadən yayıb.

A.Cavadov ümumilikdə bu bankın 7 342 əmanətçisi olduğunu deyib. İcraçı direktor bu əmanətçilərdən 6 599 nəfərinə 24 mln. manat (6 milyon dollar və avro ilə əmanətlərin payına düşür) məbləğində kompensasiya veriləcəyini söyləyib. "Araşdırmalar nəticəsində məlum olub ki, "Bank of Azerbaijan" öz öhdəliklərini yerinə yetirə bilmir və buna görə, bankın qorunan əmanətçilərinə kompensasiya veriləcək. Sığorta hadisəsi yanvarın 22-də baş verib və qanuna görə 7 gündən sonra kompensasiya verilməlidir”-deyə A.Cavadov qeyd edib.

A.Cavadov əlavə edib ki, qanunun tələblərinə əsasən, qorunan əmanətlərin maksimum həddi 30 min manat olduğundan bu məbləğə malik əmanətçilərin əmanətləri agent bank tərəfindən geri qaytarılacaq: "Bu bankda 50 min manatı olan əmanətçiyə 30 min manat Fond tərəfindən, qalan 20 min manatı ləğvedici tərəfindən qaytaracaq”, deyə A.Cavadov deyib.

“Bank of Azerbaijan”ın lsienziyası Mərkəzi Bank tərəfindən keçən həftə ləğv edilib və bundan başqa daha 5 bankın lisenziyası ləğv edilərək fəaliyyəti dayandırılıb.

(VİDEO)

Server xətası

Deyəsən texniki xəta baş verib, Hazırda texniki yardım qrupumuz xətanın səbəblərini araşdırır.

Saytın ünvanını düz yazdığınıza əmin olun, ya da zəhmət olmasa, bunu bir başqa brauzerdə də axtarın

Günün bütün mövzuları

XS
SM
MD
LG