Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:33

-

ABŞ Senatının Silahlı Xidmətlər Komitəsinin sədri John McCain ABŞ ordusunun Rusiya raket mühərriklərindən istifadəsinə qadağa qoymaqla hədələyib. McCain yanvarın 27-də deyib ki, bu barədə qanunvericilik təqdim edəcək. Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən sonra belə bir qadağa tətbiq olunub, ancaq ötən ay yumşaldılıb.

“Birləşmiş Ştatlar bizim Rusiya raket mühərriklərindən asılılığımıza son qoymalıdır, Rusiya Prezidenti Vladimir Putin-ə və onun korrupsioner bandasına maliyyə ayrılmasına son verilməlidir”, senator deyib.

McCain Rusiyanın iki rəsmisinin – Sergey Chemezov və Dmitry Rogozin-in adlarını çəkib, onlara ABŞ sanksiyaları qoyulsa da, Rusiya kosmik və müdafiə sənayesində tutduqları vəzifələri sayəsində ABŞ ordusuna RD-180 mühərriklərinin satışından qazanırlar. Hər bir mühərrikin qiyməti təxminən 30 milyon dollardır.

Günün bütün mövzuları

XS
SM
MD
LG