Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:33

Rusiya prezidenti Vladimri Putin Ukraynadan olan mübahisəli rusiyapərəst jurnalist Anatoly Vassermana Rusiya vətəndaşlığı verib.

Putinin yanvarın 27-də imzaladığı fərman Kremlin rəsmi saytında yerləşdirilib.

63 yaşlı Vasserman Ukrayna dövlətçiliyini açıq şəkildə şübhə altında qoyur,Ukraynanın Rusiyanın tərkib hissəsi olduğunu deyir.

O həmçinin Belarus və ukrain dilinin rus dilinin dialektləri olduğunu iddia edir.

Ötən ilin sentyabrında Ukraynada ona qarşı istintaq işi başlanıb.

Ukrayna hakimiyyəti jurnalisti separatçılıq, milli və sosial ədavəti qızışdırmaqda ittiham edir.

1952-ci ildə Ukraynanın Odessa şəhərində doğulan Vasserman 1990-cı ilin ortalarından Moskvada yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG