Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:58

-

Yanvarın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Nuriyyə Hüseynovanın mühakiməsi başa çatıb. Rahib Salmanovun sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə o, 9 il azadlıqdan məhrum edilib. Nuriyyə Hüseynova CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə təqsirləndirilir.

Bu həmin Nuriyyə Hüseynovadır ki, Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında hüquq müdafiəçisi Leyla Yunusun kamera yoldaşı olub. Leyla Yunus bu qadın tərəfindən təzyiqlərə məruz qaldığını bildirirdi.

Nuriyyə Hüseynova həm də Leyla Yunusun vəkili Əlayif Həsənovu məhkəməyə vermişdi. Yasamal Rayon Məhkəməsi onun xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında Əlayif Həsənovu CM-nin 147 və 148-ci (təhqir və böhtan) maddələrilə təqsirli bilərək, 240 saat ictimai işlər cəzasına məhkum edib. Vəkillər Kollegiyası da bu hökmə əsasən, Əlayif Həsənovun məhkumluğunu səbəb göstərərək, onun vəkil səlahiyyətlərinə xitam verdi.

Nuriyyə Hüseynova iddia edirdi ki, Əlayif Həsənov mətbuata açıqlamalarında onu "residivist" kimi təqdim etməklə şərəf və ləyaqətini alçaldıb: "Mənim üç övladım, iki nəvəm var. Barəmdə vəkillərin dərc etdikləri bu cür məqalələr yaxınlarıma mənfi psixoloji təsir edir".

Əlayif Həsənov da öz növbəsində hesab edir ki, vəkil kimi prinsipial mövqeyinə, hökumətin ünvanına tənqidi fikirlərinə görə cəzalandırmaq məqsədilə Nuriyyə Hüseynovadan istifadə olunub.

Qeyd edək ki, iş materiallarında da Nuriyyə Hüseynovanın əvvəllər məhkum olunduğu göstərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG