Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:10

FİFA prezidentliyinə namizədlərin yekun siyahısı açıqlanıb.

İdman portallarının məlumatına görə, prezidentlik uğrunda 5 nəfər namizəd mübarizə aparacaq.

Bunlar Şahzadə Ali bin al Hussein, Jerome Champagne, Shaikh Salman Bin Ebrahim Al Khalifa , Tokyo Sexwale və Canni İnfantinodur.

FİFA-ya prezident seçkiləri fevralın 26-da Sürixdə keçiriləcək.

Qeyd edək ki, təşkilatın keçmiş prezidenti Zeep Blatter korrupsiya qalmaqalına görə ötən il istefa verməli oldu.

Buna görə FİFA-nın Sürixdəki baş ofisində axtarış aparılır, kompüter və sənədlər götürülüb.

Bundan sonra təşkilatın bir sıra keçmiş və hazırkı rəsmisi barəsində cinayət işi açılıb.

UEFA prezidenti Michel Platini də korrupsiya qalmaqalına görə rəhbərlik etdiyi qurumda fəaliyyətini və FİFA prezidentliyinə namizədliyini dayandırmalı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG