Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:42

Rejissor və əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğlu Rəşad Əliyev itkin düşüb.

Bu barədə APA-ya Rəşad Əliyevin həyat yoldaşı İlahə Əliyeva məlumat verib.

Onun sözlərinə görə, Rəşad Əliyev yanvarın 25-də səhər saatlarında evdən çıxıb, geri qayıtmayıb: “Telefonu söndürülüb, heç bir xəbər yoxdur. İş yeri ilə əlaqə saxlamışıq, deyiblər, işə də gəlmir. Polisə məlumat vermişik, axtarış aparılır. Sabah cinayət işi açılacağı gözlənilir”, deyə o bildirib.

İlahə Əliyeva deyir ki, həyat yoldaşı ilə bağlı heç vaxt belə narahatlıq olmayıb, amma axır vaxtlar fikirli olurdu.

Rəşad Əliyev İctimai Televiziyada quruluşçu rejissor işləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG