Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:00

Human Rights Watch təşkilatı terrorçuluqla mübarizə təhlükəsi və ya kütləvi miqrasiya axınını bəhanə gətirərək insan haqlarını qurban verməməyə çağırıb.

Təşkilatın icraçı direktoru Kenneth Roth dünyada insan haqlarının vəziyyəti ilə bağlı illik hesabatda qeyd edir ki, mümkün terror aktları təhlükəsi və kütləvi qaçqın axını bir sıra ölkələri insan haqlarının müdafiəsini ikinci plana çəkməyə vadar edib.

Hesabatda bir çox hökumətlərin islamofobiya və irqçiliyin artmasına uyğun reqaksiya vermədikləri bildirilir.

Hüquq müdafiəçiləri xüsusilə ABŞ, Böyük Britaniya və Fransada insanların şəxsi həyatına müdaxilənin artdığını deyirlər: "Fundamental insan haqları və azadlıqlara hörmət etmədən sabit təhlükəsizliyə nail olmaq mümkün deyil.Məhz bu hüquqların məhdudlaşdırılması təhlükəsizlik sahəsində problemlərə aparır".

Hesdabatda həmçinin Rusiya, Türkiyə və Çində vətəndaş cəmiyyəti və media azadlığının boğulduğu qeyd edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG