Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:13

-

İran prezidenti Hassan Rohani yanvarın 27-də İtaliyaya səfərini yekunlaşdırır və Fransaya gedir.

Avropaya İran prezidenti kimi ilk dövlət səfərini edən Rohani ölkəyə beynəlxalq sanksiyalar qaldırılandan sonra xarici investisiya axtarışındadır.

O, yanvarın 27-də axşam saatlarında Parisə çatacaq, ertəsi gün Prezident Francois Hollande ilə danışıqlar aparacaq.

Paris səfərində mühüm biznes sazişlərinin imzalanacağı bildirilir. İranın 114 Airbus sifariş edəcəyi, Peugeot və Renault kimi maşın istehsalçıları ilə sazişlər gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG