Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:34

-

Müsavatçı gənc Elvin Paşayev saxlanılıb. Bunu Azadlıq Radiosuna vəkil Nemət Kərimli bildirib.

Müsavat Partiyasının şura üzvü, təşkilatın Qubadlı gənclər özəyinin sədri olan Elvin Paşayevin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı bildirilir.

İxtisasca filoloq olan E.Paşayev son günə qədər 'Hədəf kursları'nda müəllim işləyirdi.

Elvin Pashayevə qarşı narkotik ittihamı irəli sürüldüyü deyilir.

Vəkilin sözlərinə görə, E.Paşayev yanvarın 23-də saxlanılıb. Həmin vaxtdan yanvarın 25-nə kimi valideynləri övladları barədə hüquq-mühafizə orqanlarından məlumat ala bilmirdilər.

Yanvarın 26-da Nərimanov rayon Məhkəməsi E.Paşayev barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

«Elvin sosial şəbəkədə də fəal idi, tənqidi yazılar yazırdı, digər tərəfdən iqtisadi vəziyyət ağırlaşır, hökumət bundan çıxış yolu tapmaqdansa, ictimai-siyasi fəalları həbsə almağı «çıxış yolu» sayır. Odur ki, bu həbs siyasi motivlidir»- N.Kərimli deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG