Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:34

-

Yazıçı Dostoyevsky “Don Kixot” romanını “insan düşüncəsinin ən son və kamil nailiyyəti” adlandırmış, şair Coleridge bu romanın müəllifi Miguel de Cervantes’in “ən yüksək yaradıcı dühaya” çatdığını demişdi.

Nobel İnstitutunun da "bütün zamanların ən möhtəşəm əsəridir" qiymətini verdiyi “Don Kixot” bugünlərdə bir çətin sınaq qarşısına düşüb. Bu roman Latın Amerikasında nəhəng narkotik kartelinin başçısı, ABŞ və Meksika anti-narkotik agentliklərinin haqqında ən çox dad etdiyi "El Chapo" ləqəbli Joaquín Guzman'ı depressiyadan çıxarmalıdır.

Meksika həbsxana sisteminin rəhbəri Eduardo Guerrero deyib ki, uzun müddətdir axtarışda olan El Chapo bu ayın əvvəli yaxalanıb, “o, depressiyadadır və yorğundur, qaçmaqdan yorğun düşüb.”

Həbsxana ona depressiyadan çıxmaq üçün “Don Kixot” romanını verib. “Bu kitabı verdik, çünki bu, əla kitabdır və biz onu belə anlayışlarla tanış etməyə başlamalıyıq.”

XS
SM
MD
LG