Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:23

Rumınyanın baş naziri Dacian Ciolos bildirib ki, Kişinau Beynəlxalq Valyuta Fondunun istədiyi islahatları yerinə yetirməyincə Moldovaya vəd olunan 5 illik kreditin ilk hissəsi verilməyəcək.

O bunu yanvarın 26-da Buxarestdə Moldovanın yeni baş naziri Pavel Filiplə keçirdiyi birgə mətbuat konfransında deyib.

60 milyon avro Rumınyanın Moldovaya ayırdığı 150 milyonluq paketin tərkib hissəsidir.

Bu razılaşma 2015-ci ilin oktyabrında imzalanıb.

Moldova bu krediti illik 1,5 faizlə götürüb.

Beynəlxalq Valyuta fondu yanvarın 20-də bildirib ki, Moldovada köklü islahatlar aparılmalı və bank sistemində idarəçilik möhkəmləndirilməlidir.

Qeyd edək ki, hazırda korrupsiya qalmaqalına görə Moldovada siyasi böhran yaşanər.

Pavel Filipin yanvarın 20-də baş nazir təyin edilməsi ölkədə etirazlara səbəb olub.

XS
SM
MD
LG