Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:51

Gürcüstan “İslam Dövləti” yaraqlılarının Pankisi vadisində təlim keçməsi ilə bağlı Sergei Lavrovun ittihamını rədd edib.

Gürcüstan baş nazirinin köməkçisi Zurab Abashidze yanvarın 26-da Lavrovun bəyanatını qərəzli adlandırıb.

Lavrov elə həmin gün bundan əvvəl “İslam Dövləti” yaraqlılarının Pankisi vadisində təlim keçməsi barədə məlumatlar olduğunu demişdi.

Abashidze Çeçenistanla sərhəddə yerləşən bu vadidən 30 nəfərin Suriyaya keçərək yaraqlılara qoşulduqlarını bildirib və qayıdanda onlara qarşı rəsmi ittiham irəli sürüləcək.

Gürcüstanın baş naziri Georgi Kvirikashvili yanvarın 26-da Tbilisinin Pankisi vadisində vəziyyətə tam nəzarət etdiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG