Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:19

" Ukrayna bu il Beynəlxalq Valyuta Fondu da daxil olmaqla xarici donorlardan 10 milyard dollar nağd vəsait gözləyir".

Bunu Ukraynanın maliyyə naziri Natalie Jaresko yanvarın 26-da kabinetin iclasında deyib.

Beynəlxalq Valyuta Fondu gələn ay Ukraynaya krediti 1,7 milyard dollar artırmaq fikrindədir.

Bu vəsait ölkənin qızıl ehtiyatlarının doldurulmasına sərf olunacaq.

Ukrayna iflasdan qaçmaq üçün Beynəlxalq Valyuta Fondu və digər donor təşkilatlardan kredit və maliyyə yardımı alır.

Ölkə Rusiyanın iqtisadi nüfuzundan çıxmağa və rusiyapərəst separatçıların nəzarətində olan ölkənin şərq regionlarına nəzarəti bərpa etməyə çalışır.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 9 mindən çox adam ölüb.

Hazırda tərəflər arasında atəşkəsdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG