Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:43

“İslamçıların Portuqaliyadan Pakistanadək “Xəlifət” yaratmaq planı bütün dünyaya real təhlükədir”.

Bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov yanvarın 26-da Moskvada keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Rusiyanın Suriyada hərbi iştirakı vəziyyəti dəyişib.

Lavrov ABŞ-ın bu ölkədə keçirilən hərbi əməliyyatları Moskva ilə koordinasiya etmək istəməməsini qeyri-ciddi davranış adlandırıb.

O həmçinin Baş Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri İgor Sergunun Suriya prezidenti Bashar Assada istefa verməyi məsləhət görməsi barədə məlumatları təkzib edib.

Qeyd edək ki, Sergun bu yaxınlarda müəmmalı şəkildə vəfat edib.

Ukrayna münaqişəsinə gəldikdə isə Lavrov ötən əldə edilmiş Minsk razılaşmasının yerinə yetirilməsinin vacibliyini qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG