Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:15

-

Nazirlər Kabinetinin qərarı ilə Tarif Şurasının Katibliyinin ştat sayı 30-dan 33 nəfərə artırılıb. Bu addımın səbəbi açıqlanmır.

TŞ Katibliyi 2006-cı ilin martından fəaliyyət göstərir. Əvvəlcə əməkdaşların ştatı 25 nəfər müəyyən edilib. 2015-ci ildə daha 5 nəfər əlavə edilib. Bundan başqa, TŞ rəhbərliyinin 2 xidməti avtomobili var.

2014-cü ildə TŞ-nin fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən 333.6 min, 2015-ci ildə 415.1 min manat ayrılıb. Bu il Katibliyin saxlanma xərcləri 13% (54 min manat) artırılıb.

TŞ tərkibinə hökumət üzvləri daxildir. Onlar dövlət tərəfindən tənzimlənən mal və xidmət qiymətlərini müəyyən edir. İl ərzində TŞ iqtisadiyyat nazirinin sədrliyi ilə 3-4 dəfə iclas keçirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG