-
Bir qədər əvvəl öldürülən Taxıl Kombinatının direktoru Qalib Bağırovun qətlinin üstü açılıb.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, qətli törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb.
Saxlanılanlardan biri qətlə yetirilən kombinat direktorunun tanışı Mahurə Hüseynovadır. Həmin qadının Ehtiram Həsənov və Mübariz Əliyevlə əlbir olaraq direktoru öldürdükləri deyilir.
53 yaşlı Qalib Bağırov yanvarın 8-də paytaxtın Hövsan qəsəbəsində yaşadığı evdə qətlə yetirilib.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda CM-nin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.