Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:14

-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin monitorinq xidmətləri tərəfindən 2015-ci ildə 1496 müəssisədə müayinələr aparılıb. Onların hər üçündən birinin su hövzələri və atmosferi, hər ikisindən birinin isə torpaq ehtiyatlarını çirkləndirdiyi aşkarlanıb.

APA bu xəbəri Statistika Komitəsinə isnadən yayıb.

Qeyd olunub ki, təbiəti mühafizə qanunvericiliyinin pozulmasına görə, 2015-ci ildə inzibati məsuliyyətə cəlb olunmuş 579 nəfər vəzifəli şəxs və sıravi vətəndaşdan 727.2 min manat cərimə tutulub.

2016-cı ilin əvvəlinə flora və faunanın qorunub saxlanması və təkrar istehsalı üçün ölkədə ümumi sahəsi 209.1 min hektar olan 11 dövlət təbiət qoruğu, sahəsi 322.3 min hektar olan 9 milli park və sahəsi 361.2 min hektar olan 24 dövlət təbiət yasaqlığı mövcuddur. Xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10.3 faizini təşkil edir.

XS
SM
MD
LG