Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:09

Qəza iki rayonu qazsız qoydu


Foto illüstrasiya
Foto illüstrasiya

-

Yanvarın 25-də axşam saatlarında Bakının Binəqədi rayonunda avtomobil qəzası nəticəsində qaz boru kəməri sıradan çıxıb. Bununla da paytaxtın Binəqədi və Nərimanov rayonlarında qaz təminatında problem yaranıb.

Qəzanın nəticələrinin aradan qaldırılması yönündə işlər hələlik davam etdirilir. «Azəriqaz»ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev AzadlıqRadiosuna belə deyir. Onun sözlərinə görə, bu, əhalinin qazla təminatına problem yaratmayıb, qəzadan az sonra alternativ kəmər işə salınıb, abunəçilər qazla təchiz ediliblər.

İbrahim Kərbalayev onu da söyləyir ki, abunəçilərin narahatlığına əsas yoxdur. Vaxtında görülmüş tədbirlər nəticəsində əhali qarlı-çovğunlu havada qazla tam təmin ediləcək. Ancaq əhalidən bir xahişi də var ki, qaza tələbat artdığı bu cür havalarda mavi yanacaqla ehtiyatlı davransınlar.

XS
SM
MD
LG