Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:44

Uşaqlara yeni vaksin vurulacaq


Foto illüstrasiya
Foto illüstrasiya

-

Azərbaycanda yaxın zamanlarda 6 ayı tamam olan uşaqlara yeni vaksinin vurulmasına başlanacaq.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Trend-ə belə deyib. O bildirib ki, inaktivləşdirilmiş poliomielit əleyhinə vaksin artıq Azərbaycana gətirilib.

Hazırda Səhiyyə Nazirliyinin əmri hazırladığını deyən A.Əliyeva qeyd edib ki, fevralın sonuna qədər vaksinlər bütün rayon və şəhərlərin uşaq poliklinikalarına paylanacaq. Bundan sonra isə vaksinin tətbiqinə başlanacaq.

Sözügedən vaksin 6 ayı tamam olan uşaqlara bir dozada inyeksiya vasitəsilə vurulacaq.

A.Əliyeva deyib ki, yeni vaksin təhlükəsizdir və orqanizm tərəfindən çox rahat qəbul edilir: «Onun heç bir yanaşı təsiri, reaksiyası yoxdur».

Hazırda uşaqlar 2, 3 və 4 aylıq olarkən oral (damcı) vasitə ilə poliomielitə qarşı peyvənd edilir. Yeni vaksin tətbiq edildikdən sonra da oral poliomielit vaksininin istifadəsi davam edəcək.

XS
SM
MD
LG