Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:25

-

Avropa Şurasının Baş katibi Thorbjorn Jagland elan edib ki, Krımda insan haqlarının durumunu öyrənmək üçün yarımadaya nümayəndə heyəti göndərir.

“Krımda 2.5 milyondan çox əhali yaşayır. Onlar Avropa İnsan Haqları Konvensiyasından faydalanmalıdırlar”, Jagland yanvarın 25-də yaydığı bəyanatda bildirib.

Bəyanatda qeyd olunur ki, bir ildən çoxdur heç bir beynəlxalq təşkilat əraziyə nümayəndə heyəti göndərə bilməyib. “Bu missiya tam müstəqil aparılacaq və Krımın statusuna dair heç bir məsələyə toxunmayacaq”.

Rusiya Ukraynanın Krım vilayətini 2014-cü ilin martında anneksiya edib. Bundan sonra yarımadada fundamental insan azadlıqlarının “sürətlə pisləşdiyi” bildirilir. Ötən ilin sentyabrında ATƏT-in bu barədə hesabatı olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG