Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:11

-

Yanvarın 25-də İran Prezidenti Hassan Rohani İtaliyada bir sıra biznes sazişləri imzalayıb. Baş nazir Matteo Renzi deyib ki, bu sənədlər ölkələri üçün “yalnız başlanğıcdır”.

Rohani-nin İtaliyaya 48 saatlıq səfəri zamanı imzalanan sənədlərin dəyəri 17 milyard avrodur (18.4 milyard dollar).

Rohani Avropaya ilk dövlət səfərini edir. Bu, İran prezidentin son 20 ildə Avropaya ilk səfəridir.

Yanvarın 16-da İrana beynəlxalq sanksiyalar qaldırılıb.

Səfər əvvəlcə noyabrda planlaşdırılmışdı. Ancaq noyabrın 13-də Parisdə islamçı yaraqlıların törətdiyi hücumlardan sonra ertələnib.

Rohani yanvarın 27-də Vatikanda Papa Francis-lə görüşəcək, daha sonra, yanvarın 28-də Parisdə olacaq, Prezident Francois Hollande ilə danışıqlar aparacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG