Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:41

“Türkiyəyə qarşı sanksiyalar genişləndiriləcək”.

Bunu Rusiya prezidenti Vladimir Putin yanvarın 25-də “Ümumrusiya xalq cəbhəsi”nin Stavropolda keçirilən regional toplantısında deyib.

Putin xüsusilə tikinti sahəsində Türkiyəyə qarşı qadağaların genişləndiriləcəyini bildirib və qeyd edib ki, hazırda Rusiyada 300 belə Türkiyə şirkəti fəaliyyət göstərir.

Putin deyib ki, söhbət ümumilikdə 50 milyard dollarlıq müqavilələrdən gedir.

O qeyd edib ki, Rusiya şirkətləri bu işi görmək əvəzində 87 min yeni iş yeri qazana bilərlər.

Amma Putin qeyd edib ki, Rusiya mövcud müqavilələri pozmaq fikrində deyil, çünki bu ölkəyə müəyyən ziyan vura bilər.

Ötən ilin noyabrında Türkiyənin Suriya sərhədi yaxınlığında Rusiyanın hərbi təyyarəsini vurmasından sonra iki ölkə arasındakı münasibətlər pisləşib.

Moskva buna görə Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG