Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:20

Avropa Birliyi ölkələri Avropa Komissiyasından sərhəd nəzarət müddətinin uzadılması ilə bağlı təklif hazırlanmasını istəyib.

Bu barədə yanvarın 25-də Niderland rəsmisi Avropa Birliyi ölkələri müdafiə nazirlərinin Amsterdamda keçirilən görüşündə məlumat verib.

O bildirib ki, bu gün mövcud olan müddət böhranın həlli üçün kifayyət deyil.

Qeyd edək ki, ötən il Yaxın Şərq və Şimali Afrika ölkələrindən Avropa Birliyinə milyondan çox qaçqın keçib.

Bundan başqa son vaxtlar Avropada terror təhlükəsi xeyli artıb.

Buna görə də bir sıra Avropa Birliyi ölkələri sərhəddə nəzarətin gücləndirilməsini tələb edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG