Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:29

-

SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəis müavini Qiymət Mehdiyev həyat yoldaşının Türkiyənin Bodrum şəhərində 20 mln. dollara 16 villa alması haqqında məlumatları təkzib edib. Mehdiyevin sözlərinə görə, onun həyat yoldaşı 1 yarımvilla alıb. Mehdiyev yazılı bəyanatında bu məlumatları “əsassız və tamamilə həqiqətə uyğun olmayan” adlandırıb (Anspress). “Bu yalanı” ailəsinin nüfuzuna və SOCAR-ın işgüzar imicinə zərbə kimi qiymətləndirən Mehdiyev bəyan edib ki, 30 ildir dövlət şirkətində işləyir, həyat yoldaşı isə uğurlu dizaynerdir.

Q.Mehdiyev bildirib ki, fotoşəkildə onun həyat yoldaşı kimi təqdim edilmiş xanım onun həyat yoldaşı deyil. “Eynulla Fətullayevin saytında dərc edilmiş qəbalə kağızlarının surətində görünür ki, 200 min türk lirəsinə 1/2 ev alınıb ki, bu da təxminən 60 min dollara bərabərdir. Buna görə ictimaiyyətə çatdırılan məlumat “cinayətkarcasına saxtalaşdırılıb” - deyə bəyanatda bildirilir.

Q.Mehdiyev deyib ki, yayılan məlumatlar onu müəllifə qarşı hüquqi tədbirlər görməyə məcbur edir.

Yada salaq ki, virtualaz.org saytı yanvarın 23-də Q.Mehdiyevin həyat yoldaşı Könül Mehdiyevanın Türkiyənin elit kurort bölgəsi Bodrumda, Gökçebel qəsəbəsində 16 ikimərtəbəli villa və 1.2 hektar torpaq sahəsi alması haqda məqalə dərc edib. Məqalədə K.Mehdiyevanın bu əmlakları almaq üçün 20 milyon dollar ödədiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG