Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:46

Gürcüstanlı islamaçı yaraqlı Suriyada öldürülüb.

Bu barədə yerli media Gürcüstanın təhlükəsizlik xidmətinə istinadla xəbər yayıblar.

Amma rəsmilər Khvicha Gobadzenin ölümü barədə hələlik ətraflı məlumat vermirlər.

Atası İlia Gobadze oğlunun ölümündən internetdə xəbər tutduğunu və 2 həftə əvvəl onunla telefonla danışdığını deyir.

Məlumatlara görə, Gobadze bundan əvvəl internetlə gürcü dilində Suriyadan videogörüntü yayıb və Gürcüstandakı bütün “kafirlərin” başını kəsəcəyini deyib.

Ötən ilin noyabrında yayılan həmin videoda gürcü dilində danışan 4 yaraqlı Gürcüstandakı bütün müsəlmanları “Xəlifət”ə qoşulmağa çağırırlar.

Gürcüstan rəsmilərinin məlumatına görə hazırda Suriya və İraqda “İslam Dövləti” qrupunun tərəfindən vuruşan onlarla gürcü var.

Günün bütün mövzuları

XS
SM
MD
LG