Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:39

M.Saakashvili ədəbiyyat mükafatı yaratdı


M.Saakashvili Kiyevdə anti-korrupsya çıxışı edərkən, 2015
M.Saakashvili Kiyevdə anti-korrupsya çıxışı edərkən, 2015

-

Isaac Babel (1894-1940)
Isaac Babel (1894-1940)

Odessa vilayəti dövlət administrasiyası (sədri M. Saakashvili) və Beynəlxalq Odessalılar Klubu (prezidenti M.Zhvanetsky) Odessada Isaac Babel adına ədəbiyyat mükafatı təsis ediblər.

Bu mükafat rus dilində yazılan ən yaxşı hekayə və ya novellaya veriləcək.

Bu işdə Odessa Ədəbiyyat Muzeyi, Kiyevdə və Odessada çıxan ədəbiyyat jurnallarının redaktorları, Odessa Milli Kitabxanası, yazıçının ABŞ-da yaşayan qızı Lidiya Babel fəal iştirak ediblər.

M.Saakashvilinin idarəsi bəyan edib ki, müsabiqənin məqsədi “şəhərin həyatına yeni mədəni məzmun gətirmək, şəhəri yenilikçi yaradıcı məkana çevirmək, müasir cəmiyyətin estetik və bədii zövqünün formalaşmasına xidmət etməkdir.”

Birinci yer 2 min ABŞ dolları olmaqla bütün qaliblərə vilayət büdcəsindən mükafat veriləcək. Münsiflər arasında Isaac Babelin nəvəsi, ssenarist Andrey Malayev-Babel də var.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG