Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:07

-

Yanvarın 25-də Nəsimi rayon Məhkəməsi (hakim Babək Pənahov) Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlını ev dustaqlığına buraxmayıb. Vəkilləri F.Qəhrəmanlının barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə məhkəməyə vəsatət vermişdilər. Bu haqda Azadlıq Radiosuna vəkil Fəxrəddin Mehdiyev bildirib. Vəkil məhkəmə qərarı ilə razılaşmadıqlarını, qərardan yuxarı məhkəmələrə şikayət verəcəklərini bildirib.

Fuad Qəhrəmanlı 2015-ci ilin dekabrında həbs edilib. O, dövlət hakimiyyəti əleyhinə və dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmədə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG