Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:17

-

ATƏT Parlament Assambleyasının sədri Ilkka Kanerva-nın səhhəti ilə əlaqədar Azərbaycana səfəri təxirə salınıb.

Bu haqda ATƏT PA sədrinin müavini Giorgi Tsereteli jurnalistlərə deyib.

I.Kanerva-nın səfəri yanvarın 24-25-nə planlaşdırılmışdı. Onun əvəzinə Bakıya ATƏT PA-nın geniş tərkibdə nümayəndə heyəti – iki sədr müavini və baş katib gəlib.

Tsereteli deyib ki, səfərdə məqsəd mövcud problemlərin, əsasən seçkilərin təşkili problemlərinin müzakirəsi və həllidir. O ümid edir ki, hər iki tərəfin səyləri ilə münasibətlərin yaxşılaşdırılması üçün əsas qoyulacaq.

ATƏT DTİHB rəsmi Bakının tətbiq etdiyi məhdudiyyətlər səbəbindən 2015-ci ilin noyabrında keçirilən parlament seçkilərinə müşahidəçilərini yollamamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG