Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:30

“Fransa prezidenti Francois Hollande ölkəsinin terrorçuluqla mübarizəni davam etdirəcəyini bəyan edib.

O belə bir bəyanatla yanvarın 25-də “İslam Dövləti” qrupunun bəyanatından bir gün sonra çıxış edib.

“İslam Dövləti” qrupu yanvarın 24-də Parisdə terror aktları törədən 9 nəfərin videosunu yayıb.

Videoyazıda yaraqlılar İraq və Suriyada “İslam Dövləti” qrupuna qarşı mübarizə aparan koalisiya üzvlərini hədələyir, xüsusilə də Böyük Britaniyanı.

Videodan həmin 9 nəfərdən 4-nün belçikalı, 3-nün fransalı, 2-nin isə iraqlı olduqları bəlli olur.

Videiyazıda həmçinin Paris hücumları göstərilir.

Francois Hollande Yeni Dehlidə jurnalistlərə deyib ki, heç nə bizi saxlaya bilməyəcək, heç bir təhlükə Fransanı terrorçuluqla mübarizədən döndərə bilməyəcək.

Bu görüntülər yalız bu cinayəti törədənlərin gözdən düşməsinə xidmət edir,deyə o bildirib.

Fransa hökuməti 13-noyabr terror aktlarından sonra ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib.

Bu qərar sərhəddə yoxlama aparılması, icazəsiz axtarşlar və məhkəmənin qərarı olmadan həbslərə imkan verir.

Paris hücumlarında 130 dinc sakin, o cümlədən 7 yaraqlı ölüb.

BHəmçinin bundan sonra keçirilən polis reydlərində daha 2 yaraqlı öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG