Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:07

-

Yanvarın 26-da Bakı və Abşeron yarımadasında arabir qar yağacaq. Axşama doğru tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi əsəcək. Gecə və səhər yollar buz bağlayacaq. Gecə 0-3 şaxta, gündüz 0-2 isti olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Azərbaycanın rayonlarında arabir qar yağacaq. Bəzi yerlərdə intensiv olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq. Aran rayonlarında gecə 2-7 şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecə 5-10 şaxta, yüksək dağlıq ərazilərdə 10-15 şaxta, gündüz 0-5 şaxta olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG