Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:34

«Əmək haqlarını artırmaqdan çəkinmək lazım deyil»


Elxan Mikayılov
Elxan Mikayılov

-

Böhran vaxtı önəmli məsələlərdən biri də iqtisadi tədbirlərin gərəkli nəticə verməsidir. Başqa sözlə, bir iqtisadi göstəricinin digərinə təsiri nəzərə alınmalıdır.

Hələlik, belə təsəvvür yaranır ki, Azərbaycan hökumətinin iqtisadi tədbirləri nəticəsiz qalır. Məsələn, hökumət devalvasiya qərarını verərkən,neftdənkənar sektorda ixracın artmasını hədəfləmişdi. Ancaq bu hədəf özünü doğrultmadı. Ötən il həmin sektorda ixracat 149 milyon dollar və ya 8.5 faiz azalıb.

İqtisadçı ekspert Elxan Mikayılov AzadlıqRadiosuna deyir ki, bir çox əsas iqtisadi göstəricinin dəyişməsi durumu yaxşılaşdırmayıb.

«FAİZ DƏRƏCƏSİNİN QALDIRILMASI…»

Ekspert bildirir ki, Mərkəzi Bankın uçot dərəcəsini dəyişməsi kredit və inflyasiyaya təsir göstərməlidir: «Açıq iqtisadiyyatı olan ölkələrdə bu əlaqə belədir ki, uçot dərəcəsinin qaldırılması inflyasiyanı azaldır və milli valyutanı möhkəmləndirir. Ancaq ölkəmizdə belə deyil. İndiki şəraitdə inflyasiya, əsasən, monetar amillərlə əlaqəli olduğundan faiz dərəcəsinin qaldırılması inflyasiyanın qarşısının alınmasına təsir etməyəcək. Odur ki, Mərkəzi Bank uçot dərəcəsini daha da aşağı endirməli, banklara manatla kredit ayırmalı və real sektora dəstək verməlidir».

«MƏHSULLARI VƏ ÖZLƏRİ İXRACA HAZIR DEYİL»

Ekspert deyir ki, milli valyutanın dəyərsizləşməsi ixracı artmalı idi: «Normalda milli valyuta dəyərdən düşəndə ixrac artır. Azərbaycanda isə bu cür birbaşa əlaqə mövcud deyil. Çünki məhsul, əsasən, yerli istehlak üçün istehsal edilir. Məhsullar və istehsalçılar ixraca hazır deyil. Bu baxımdan, Azərbaycanda ixracı stimullaşdırmaq üçün manatı dəyərdən salmaq arqumenti keçərsizdir».

«İNDİKİ ŞƏRAİTDƏ...»

Elxan Mikayılov indiki əməkhaqqı artımının inflyasiyaya təsirsizliyinin səbəblərinə də diqqət çəkir: «Əmək haqlarının artması inflyasiyanı artırmalıdır, çünki əməkhaqqı artanda əhali daha çox məhsul istehlak etmək istəyir və tələbin çoxalması inflyasiyanı da yüksəldir. Ancaq indiki şəraitdə Azərbaycanda əmək haqlarının artımı əhalinin devalvasiyadan itirdiyinin yalnız bir qisminin kompensasiyasına xidmət edir. Bu, əhalinin istehlakının artmasına yox, əvvəl istehlak etdiyi vasitələrin bir qismini əldə etməyə dəstək verir. Deməli, inflyasiya riskinə görə əmək haqlarını artırmaqdan çəkinmək lazım deyil».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG