Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:13

-
Bakıda məcburi eniş etmiş «Air India» aviaşirkətinə məxsus təyyarə yanvarın 25-də səhər Mumbaya uçub.

Bu barədə Trend-ə «Azərbaycan Hava Yolları» QSC-dən bildiriblər.

London-Mumbay marşrutu üzrə uçan təyyarənin göyərtəsində 246 sərnişin və 11 ekipaj üzvü olub. «Boeing Dreamliner» (B787-800) təyyarəsi sərnişinlərdən birinin halı pisləşdiyindən məcburi eniş etmişdi.

Mətbuat Xidmətindən bildiriblər ki, Böyük Britaniya vətəndaşı olan 72 yaşlı sərnişin hələ təyyarə eniş etməmiş keçinibmiş.

Meyitin təhvil verilməsi məsələsi yaxın saatlarda həll ediləcək.

Təyyarə Mumbaya səhər saat 07:00-da uçub.

Günün bütün mövzuları

XS
SM
MD
LG