Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:41

Alıcılar satıcılara “ay qız” deyirlər, çünki uyğun söz yoxdur


Maksim Kronqauz
Maksim Kronqauz

-

"İndi adamlar “bacı”, “qardaş”, “ana”, “nənə”, “dayı” deyirlər – yəni şəhərdə bir-birlərilə mehriban kənd müraciətlərilə danışırlar."

Maksim Kronqauz

(Rusiya Dövlət Humanitar Universitetinin professoru)

"Dilinizi göstərin" yazısından ixtisarla bir parça

Tverski küçəsilə gedirəm – bir səkidə “Elit şərablar”. Bu, hələ ən normalıdır, hərçənd, bu da düzgün deyil... O biri səkidə “Elit amerikan soyuducuları” dükanı var, bu, lap səhvdir. Bu gün dəyər bildirən sözlər öz ilkin mənasını itirir və “çox yaxşı” mənası verir artıq.

“Eksklüziv” sözü ən çox bulanan sözlərdəndir. Əslində "eksklüziv" odur ki, “yalnız bir nəfər üçün nəzərdə tutulub”. İndi evimin yanındakı bazarda isə, məsələn, piştaxtanın altında yazılıb: “Eksklüziv qoyun əti”. Çox yaxşı qoyun əti mənasında.

Mən “qlamur” sözünə çox sakit yanaşıram. Bu söz böyük mədəniyyəti, yetərincə nüfuzlu bir subkulturanı bildirir. Qlamur sözünün bir çox məsələdə ötüb keçmiş kommunizmi əvəz etməsinə isə dil də şahiddir.

Məsələn, “düzgün” sözü rus dilində adətən məna, qərar, seçim sözlərilə birgə işlənir, onlarla uzlaşırdı. Sovet ideoloji ustanovkasına uyğun filmləri “düzgün film” adlandırmaq olardı. Bu gün isə bu söz aşağıdakı sözlərlə uzlaşır: “düzgün çanta” (yəni paltarla uyğun gəlir), “düzgün kitab” (yəni bu kitabı qlamur dünyasına girməyə cəhd göstərənlər oxumalıdırlar).

Qlamurlaşma tendensiyası
Qlamurlaşma tendensiyası

Sosrealizm təhvil verdiyi dünyanı bir tərəfdən, olduğu kimi, o biri tərəfdən, onu çox bəzəyərək verdi.

O zaman əgər sürü, tarla təsvir olunurdusa, "ucsuz-bucaqsız" tarla deyilirdi. Qlamur da eyni işi görür: qadınlar əslində olduqlarından hündür, olduqlarından arıqdırlar.

Əksər insanlar cəmiyyətdə hakim olan ideoloji dəyərləri həqiqət kimi qavrayırlar.

Gənclər də məmnnuniyyətlə bu oyunu oynayırlar.

Sözlərin mənaları kökəldilib. Sözlər əndazəsindən çıxıb. Dil zorlamaya məruz qalıb.

Savadsız adamları televiziyaya buraxıblar, savadsız danışıb, nəticədə çoxlu sayda təsadüfi söz əmələ gəlib.

Kerlinq üzrə Olimpiya oyunlarına baxdım. Orada elə sözlər işləndi ki, məsələn, “skipləmək”. (to skip- ingiliscə tullanmaqdır) Xokkey reportajında mən “assistensiya” sözünün “veriliş” mənasında işləndiyini eşitdim.

Yaxud, Çubaysın “affiliantı” deyirlər. Mən dilçiyəm, affiliantın nə olduunu bilirəm. Amma axı niyə sadəcə "Çubaysın adamları” deyilməsin?

Sözlərin romantik əvəzləyiciləri əmələ gəlib. "Fahişə" əvəzinə "gecə kəpənəkləri". “Bandit” əvəzinə “killer” deyirlər. Cinayətkar lüğətin bir hissəsi indi gündəlik danışığa keçib. Əvvəl həbsxanalarda yaranmış bir vəziyyəti bildirən “hərc-mərclik” sözü indi rəsmi sənədlərdə işlənir.

Rus dilində birlikdə yaşayan, amma evli olmayan cavan oğlan və qızı bildirən söz indiyə qədər yoxdur. Dost, rəfiqə - deyirlər ki, bu da çox dumanlıdır. Gölfrend, boyfrend – yeniyetmə sözləri kimi çıxır. "Vətəndaş nikahı" da yaramır – bəziləri onu dövlət qeydiyyatına alınmamış nikah kimi başa düşür, bəziləri isə kəbin kimi.

İnqilabdan sonra Rusiyada "cənab", "xanım" sözləri itdi getdi. İndiyə qədər yad hiss edirik bu sözləri, “cənab İvanov” deyəndə elə bil onu özümüzdən itələyirik.

İndi adamlar “bacı”, “qardaş”, “ana”, “nənə”, “dayı” deyirlər – yəni şəhərdə bir-birlərilə mehriban kənd müraciətlərilə danışırlar. Alıcılar satıcılara “ay qız” deyirlər, çünki uyğun söz yoxdur.

İndi balaca dükanlar “Çilçıraq aləmi” adlanır. Şişirtmə, özünü ad vasitəsilə olduğundan böyük təyin etmək institutların universitetə, universitetlərin akademiyaya, texnikumların kollecə çevrildiyi vaxtdan başladı. Bununla onların strukturunda faktiki heç nə dəyişmədi.

İnsanlar da aldanmağa razıdırlar: elə bir dünyada yaşayırıq ki, bizə qarşı mərhəmətli deyil. Biz sahman istəyirik, diqqət istəyirik, onlar da bu dünyada yoxdur. Ona görə də heç olmasa illüziya ilə aldanmağa razıyıq.

"Esquire" dərgisi

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG