Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:48

-

Ukraynanın baş naziri Arseniy Yatsenyuk ölkənin yeni konstitusiyası üzrə referendum keçirməyə çağırır. Yanvarın 24-də həftəlik televiziya çıxışında Yatsenyuk deyib ki, “Ukrayna xalqının yeni Avropa Ukraynasının konstitusiyası barədə söz deməsinin vaxtı çatıb”.

Yatsenyuk-un sözlərincə, yeni konstitusiya “hakimiyyətin paylaşdırılması, mərkəzlə regionlar arasında münasibətlər üzrə razılaşma, yeni, vicdanlı və ədalətli məhkəmə sistemi, aydın geosiyasəti əhatələyəcək”. Aydın geosiyasət deyəndə ölkənin Avropa Birliyi və NATO üzvlüyü məqsədləri nəzərdə tutulur.

Bu çıxışdan bir gün öncə Prezident Petro Poroshenko ölkə siyasətçilərinə xəbərdarlıq edib ki, ölkənin şərqində rusiyapərəst separatçılarla müharibəyə son qoymağı hədəfləyən Minsk razılaşmasının iflası Rusiya ilə “tammiqyaslı münaqişə” başlada bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG