Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:43

-

Beynəlxalq Bankın sağlamlaşdırılması və özəlləşdirməyə hazırlanması üçün tədbirlər görülür. “ANS PRESS” bunu maliyyə naziri Samir Şərifova istinadən yayıb.

“Beynəlxalq Bankda dövlətin səhmləri var. Yəni, səhmlərin nəzarət zərfi dövlətə məxsusdur. Ölkə prezidentinin sərəncamına əsasən, bu bankın sağlamlaşdırılması və özəlləşdirilməyə hazırlanması üçün tədbirlər görülür. Bu, asan iş deyil. Çünki, bankın sabiq rəhbərliyi çox kobud səhvlərə yol verib. Bir çox hallarda Müşahidə Şurasının qərarlarına əməl olunmayıb", - deyə nazir söyləyib.

S.Şərifov bildirib ki, bu gün banka borcu olan şəxslərin pulları geri qaytarması istiqamətində iş gedir. O, bu işlərin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində aparıldığını diqqətə çatdırıb. Nazir qeyd edib ki, digər tərəfdən bank müştərilərinin fəaliyyətinə xələl gətirməməkdən ötrü, bankın verdiyi problemli kreditlərin "Aqrarkredit" QSC vasitəsilə sağlamlaşdırılmasına səy göstərilir.

2015-ci ilin mayında Beynəlxalq Bankda rəhbərlik dəyişdirildi, həm də iş adamlarının kütləvi şəkildə polis orqanlarına çağrılması başladı. Bu adamlar, əsasən, Beynəlxalq Banka kredit borclarına görə polisə aparılırdılar. Bu borclarla bağlı bəzi işadamlarına xaricə çıxmaq yasağı qoyulmuşdu.

Bu kredit qalmaqalına görə, başda bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevin özü olmaqla, bankın 25-ə qədər əməkdaşı həbsdədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG