Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:32

N.Xiyavi: Allah xatirinə, bu qədər "o tay, bu tay”, “dil-ədəbiyyat qayğısı” kimi sözlərlə...


Nigar Xiyavi

Nigar Xiyavi

-

"Sizin iynənin ucu qədər o kitabda haqqınız olmadığı halda mənim haqqımı Önsözdə qoruduğunuza görə doğrudan da minnətdarlığımı sizə bildirməliyəm!!! Əliniz ağrımasın - deməyim, nə deyim?!!"

Təbrizdən yazar, tərcüməçi Nigar Xiyavinin Qulamhüseyn Saidi yaradıcılığından etdiyi tərcümələrin plagiata məruz qalması haqda ittihamlarına Bakıdan iki cavabdeh - Hüseyn Soytürk və Pərvanə Məmmədli izah yazmışdı.

Nigar Xiyavi onlara cavab yazıb:

"Hüseyn Soytürk! Hər şeydən öncə bilirsiniz ki, mən bu işin hər yönünü bilən, kitab dünyasında boya-başa çatmış, cildlərlə kitab müəllifi və çevirəni olan bir yazaram.

Gholamhossein Saedi

Gholamhossein Saedi

Gördüyünüz işin nə olduğu, nə adlandırıldığı da günəş kimi ortada və hərkəs tərəfindən bilinir. Bu kimi işlərə TEXNİKİ SORUN və İMLA SƏHVİ adı verilməz.

“Kitabın yaxşı oxunub düzəliş aparılmaması” kimi bəhanələr isə, qəbahəti üzründən bətər!

Üstəlik, MƏQSƏDin ancaq kitabın o tay, bu tayda tanıdılması, filan kimi sözlərə gəldikdə, xahiş elirəm duyğulandırma və gözyaşardıcı oyunlarla çıxış etməyə çalışmayın! Çünki artıq bu sözlərin istifadə tarixi ötüb keçmişdir, doğrudan ədəbiyyat və dil qayğısnı çəkən qələm sahibləri artıq bu kimi sözlərdən bezmişlər.

Duyğulandırma və gözyaşardıcı oyunlarla çıxış etməyə çalışmayın! Çünki artıq bu sözlərin istifadə tarixi ötüb keçmişdir.

Bunu da xatırlatmalıyam ki, sizin quraşdırdığınız bu kitaba dərin bir qayğıkeşliklə yanaşmadığı üçün hörmətli Nizami müəllim və dəyərli Mövlüd müəllim də ən az sizin qədər suçludurlar...

Bütün bunlara baxmayaraq, yazıb yayınladığınız məktubda və eləcə də açdığınız telefonda dönə-dönə istədiyiniz üzrləri, bu və bu kimi işlərin bir daha təkrar olunmaması və iradların gələcəkdə düzəldilməsi şərtiylə və Azərbaycan ədəbiyyatı hörmətinə sizi bağışlayıram.

***

Nigar Xiyavinin tərcüməsi, İlqar Fəhminin redaktəsində "Qanun" nəşriyyatında

Nigar Xiyavinin tərcüməsi, İlqar Fəhminin redaktəsində "Qanun" nəşriyyatında

Hüseyn Soytürkün tərsinə, Pərvanə Məmmədli biraz da yuxarıdan aşağı baxaraq, məni az qalsın borclu çıxaracaq bir ifadəylə mənim suçlamama qarşı belə cavab yazıb.

Pərvanə xanım özü yazdığı kimi, mənim şərh etdiyim iradları başa düməyib, ona görə bir daha və sadə dillə açıqlamağa məcbur oldum:

Yuxarıda Hüseyn Soytürkə yazdıqlarımı bir daha Pərvanə xanıma da təkrar etdiyimi bildirərək deməliyəm ki:

  1. Yazarımızın adı ərəbcədə Ğolamhoseyn Saedi'dir. Azərbaycan türkcəsində isə Qulamhüseyn SAİDİ biçimində söylənir. Siz yazarın adını belə, düzgün biçimdə yaza bilmədiyiniz halda (Səidi) başqa bütün tanıtdıqlarınızın vay halına! (Rəhmətlik yazarımızın soy adı SAİDİ'dir, "Səidi" yazılması yanlışdır. Ərəb köklü olan bu iki kəlmə fərqli mənalar daşıyır, SAİD - yardımçı, musaidə edən, i - isə farscada mənsubiyyət şəkilçisidir, SAİDİ - yardımçılara mənsub olan şəxs. SƏİD isə xoşbəxt, səadətli, məsud, mübarək anlamındadır, i - burada da mənsubiyyət şəkilçisidir.)

  2. Anlaşılan, siz bir hekayə toplusu kitabı çıxarmaq istəyirmişsiniz, ancaq mənim tərcümə etdiyim “Top” romanının 50 bölümündən düz 25 bölümünü ard-arda “Top” hekayəsi adı ilə quraşdırdığınız kitaba salıbsınız, “Top” bir romandır, Pərvanə xanım. İnanıram elmi diplomunuza əsasən, hekayə və romanın fərqini bilirsiniz. Yoxsa bir romanı yarılayıb, hekayə adına vermək nə demək?!

  3. “Top” kitabını mən aylar, illər əməyiylə farscadan Azərbaycan türkcəsinə çevirib İranda ərəb əlifbasıyla nəşr etdikdən sonra bir yol da latın qrafikasına köçürüb Bakıda çap etdirmişəm. İndi sizin “Tərtib edən və Azərbaycan dilinə uyğunlaşdıran”, filan kimi unvanlar nə deməkdir!!! Azərbaycan dilinə tərcümə olunmuş bir əsərin Azərbaycan dilinə uyqunlaşdırlması nə? Necə də gülünc bir cavab!..

  4. Bakıda çıxan kitabımda açıqlanmalı olan sözlər dönə-dönə açıqlanıb və izah edilmişdir. Qaldı ki verdiyiniz izahatın da yüzdə səksən faizi gülünc-gülünc yazılardır.

  5. Sizin iynənin ucu qədər o kitabda haqqınız olmadığı halda, mənim haqqımı Önsözdə qoruduğunuza görə doğrudan da minnətdarlığımı sizə bildirməliyəm!!! Əliniz ağrımasın, deməyim nə deyim?!!

  6. Bir daha təkrarlayıram ki, Allah xatirinə, bu qədər “O tay, bu tay” , “dil-ədəbiyyat qayğısı” kimi sözlərini boşu-boşuna ayaqlar altına salıb, yazıq Azərbaycanın boynuna bunca minnət qoymayın. Onlarca Saidi'miz və yüzlərcə kitabımız tanıdılmağı gözləyə-gözləyə unudulmaqdadır...

  7. Doğrudan da dil və ədəbiyyat qayğısı çəkən birisi bunu başqalarının zəhməti hesabına yox, bu işə qolunu-qıçını sındırıb günlərcə aylarca kompüter arxasında oturub, masa arxasında belini, boynunu bükməklə qeyrət göstərər və sağlam bir yaradıcılıq işi ortaya qoyaraq adını da alnıaçıqlıqla, üzüağlıqla altına yazar və başqalarının zəhmətinə əluzunluq eləməz. Üstəlik, biz hamımız bu kitablar qarşılığında alınan müəllif haqlarını da bilirik! Ancaq kaş ki, bizim qələmin hörmətinə sığınaraq görməzdən gəldiyimiz qədər, üzümüzə bunca qızarıb diliniz bu qədər uzanmasaydı.

  8. Nəhayət, Pərvanə xanım Məmmədli! Bütün bunlardan sonra sizinlə bağlı iradımı başa düşmüş olduğunuza umud edirəm, bir daha fikrinizi götür-qoy edin lütfən!"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG