Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:48

-

Yanvarın 23-də Azərbaycan mediasında Türkiyədə yaşayan işadamı Fəxrəddin Əliyevin özünü silahla vurması haqda xəbərlər yayılıb. Əvvəlcə o, diplomat kimi təqdim olunsa da, Xarici İşlər Nazirliyi xəbəri təkzib etdi.

Fəxrəddin Əliyev əvvəllər Azərbaycanın İstanbuldakı baş konsulunun müavini olub. APA xəbər verir ki, daha sonra o, İslam Əməkdaşlıq Təşkilatı Gənc İş Adamları Şəbəkəsinin İqtisadi Şurasında ekspert kimi iştirak edib. Həmin Şuranın səlahiyyəti 2014-cü ildə, Fəxrəddin Əliyevin ekspert qismində akkreditasiyasının müddəti isə 2015-ci ilin martında bitib.

musavat.com yazır ki, Fəxrəddin Əliyev keçmiş baş prokuror Eldar Həsənovun dayısı oğlu, təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş müsavatçı İlham İsmayılın bacanağıdır.

Mərhumun yaxınları qəzetə bildiriblər ki, Fəxrəddin Əliyev XİN sistemində işləmirdi: «O, İstanbulda yaşayırdı və uzun illər idi ki, bizneslə məşğul olurdu. Bu hadisənin intihar olduğuna inanmırıq. Onun özünə qəsd edəcək heç bir durumu yox idi. Biz bu məsələnin ciddi araşdırılmasını istəyirik».

Mərhumun Bakıya gətirilərək Yasamaldakı ailə qəbiristanlığında dəfn olunduğu deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG