Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:46

-

Moskvada repressiyalar əleyhinə, siyasi məhbuslara dəstək üçün mitinq keçirilir. Aksiya hökumətlə razılaşdırılıb. Tədbirdə 450 nəfərdən çox aksiyaçı iştirak edir.

AzadlıqRadiosunun rus xidməti xəbər verir ki, mitinqin keçirilməsinin başlıca səbəbi vətəndaş fəalı Ildar Dadin-ə irəli sürülmüş ittiham hökmüdür.

O, «Kütləvi tədbirlərin dəfələrlə pozulması qaydaları» haqda qanuna görə, ötən ilin dekabrında 3 il azadlıqdan məhrum edilib. Fəallar bu qanunun Konstitusiyaya zidd olduğunu, onunla bağlı cinayət işinin qaldırılmasını isə «siyasi repressiyalar üçün yeni vintcik» adlandırırlar.

Hüquq müdafiəçisi Sergei Sharov-Delaunay mitinqdə deyib ki, bu qanun günahsızlıq prezumpsiyasını tamamilə məhv edir.

Dadin-dən başqa daha üç fəal bu qanun əsasında azadlıqdan məhrum edilib. Bunlar Mark Galperin, Irina Kalmykova və Vladimir Ionov-dur. Onlardan ikisi Rusiyadan kənardadır, Galperin-in işi isə istintaq altındadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG