Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:05

Avropa daxilində hərəkət çətinləşir


Şengen vizası
Şengen vizası

-

Avropa Birliyinin bir sıra üzvləri Şengen məkanı daxilində sərhəd nəzarətinin uzadılmasına çalışırlar. «Welt am Sonntag» diplomatik mənbələrə istinadla yazır ki, söhbət Almaniya, Avstriya, Danimarka, Belçika və İsveçdən gedir.

Sərhəd yoxlaması müddətinin uzadılması ilə bağlı hüquqi prosedurlar yanvarın 25-də AB xarici işlər nazirlərinin Amsterdam görüşündə müzakirəyə çıxarıla bilər.

Yeni tədbirlər qəbul ediləcəyi halda Almaniya hazırda qüvvədə olan qanunlara əsasən, sərhədlərdəki nəzarəti 2016-cı ilin mayında götürə biləcək.

AB-də daha radikal təkliflər də səslənməkdədir. Avstriya xarici işlər naziri Yunanıstanı Avropa daxilində hərəkət azadlığı ilə bağlı razılaşmadan müvəqqəti uzaqlaşdırma ilə hədələyib. O bəyan edib ki, Yunanıstan-Türkiyə sərhədində nəzarətin yaradılmasının mümkünsüzlüyü haqda deyilənlər mifdən başqa bir şey deyil.

XS
SM
MD
LG