Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:45

-

Tacikistan parlamenti Konstitusiyaya dəyişiklik edərək prezident Emomali Rahmon-a sülalə yaratmaq imkanı verib.

Yanvarın 22-də Ana Yasaya edilən dəyişikliyə görə, 63 yaşlı Rahmon bundan sonra dəfələrlə namizədliyini verə bilər.

Keçmiş kolxoz sədri Emomali Rahmon 1992-ci ildən Tacikistana rəhbərlik edir. Dəyişikliklərdən biri də prezidentlik üçün tələb olunan yaş həddinin 35-dən 30-a endirilməsi ilə bağlıdır. Bu dəyişikliklər prezidentin böyük oğlu Rustam Emomali-yə 2020-ci il prezident seçkisində iştirak etmək hüququ verəcək. Onda Rustam-ın 33 yaşı olacaq.

Sözügedən dəyişikliyə Konstitusiya Məhkəməsi «yaşıl işıq» yandırdıqdan sonra ümumxalq referendumuna çıxarılacaq. Referendumun vaxtı hələ bəlli deyil.

Keçən ay qəbul edilən dəyişikliyə görə isə, Rahmon-a və qohumlarına ömürlük toxunulmazlıq verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG