Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:22

-

Kanadanın şimalındakı La-Loş qəsəbəsində orta məktəbdə baş verən atışma nəticəsində 4 nəfər ölüb, iki nəfər yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatı hələlik bəlli deyil. Atəş açanın məktəbin şagirdi olduğu və əlində tüfənglə gəldiyi deyilir. Ölənlərdən ikisi onun qohumu, biri müəllimdir. Atəş açan şəxs məktəbin yaxınlığında saxlanılıb. Dərslər dayandırılıb, tədris müəssisəsi bağlanıb. İstisna olunmur ki, həmin şəxs başqa yerlərdə də atəş açıb.

Davos forumunda iştirak edən Kanadanın baş naziri Justin Trudeau zərərçəkənlərin və ölənlərin yaxınlarına başsağlığı verib.

2000-dən çox əhalisi olan La-Loş qəsəbəsində əsasən yerli xalqlar yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG