Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:14

Həbsdəki ilahiyyatçının səhhəti ağırlaşıb


Həbsxana
Həbsxana

-

«Səhhəti pisləşdiyinə görə Fərhad Mirzəni bir neçə gün öncə Penitensiar Xidmətin Mərkəzi Tibbi Mərkəzinə aparıblar. Hazırda səhhəti yaxşı deyil».

islamazeri.az bu xəbəri həbsdə olan ilahiyyatçı Fərhad Mirzənin həyat yoldaşı Vüsalə Muradova isnadən yayıb.

V.Muradova yanvarın 22-də həyat yoldaşı ilə telefon əlaqəsi yarada bildiklərini söyləyir: «Mənəvi əhval-ruhiyyəsi yüksək səviyyədədir, amma səhhətinin pis olması özünü açıq göstərir.Bir müddət əvvəl ağciyər və qaraciyərində şiddətli ağrıları tutub və Penitensiar Xidmətin Mərkəzi Tibbi Mərkəzinə aparılıb. Bir neçə gündən sonra isə yenidən Kürdəxanıya qaytarılıb. Kameralar soyuq olduğuna görə, üst geyimdə yatır. Xəstəliyi səbəbi ilə vərəmə yoluxma riski çoxdur. Reseptlə dərmanlarını özünə verə bildik. Həkimi müalicəsi davam etmədiyi halda vəziyyətinin daha da ağırlaşacağını söyləyib».

Fərhad Mirzə «Hepatit C» xəstəliyindən əziyyət çəkir.

Fərhad Mirzə keçən il noyabrın 26-da Nardaranda keçirilmiş xüsusi əməliyyatdan sonra Binə qəsəbəsində həbs edilib. O, CM-nin 228.1 (silah gəzdirmə) və daha bir neçə maddəsi ilə ittiham olunur. FərhadMirzə «Müsəlman Birliyi Hərəkatı»nın rəhbəri Taleh Bağırovun yaxın tərəfdaşı olub.

Hazırda ölkə zindanlarında 18 din xadimi saxlanılır.

XS
SM
MD
LG