Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:04

“Əgər Moskva Minsk razılaşmasının şərtlərini yerinə yetirsə, ABŞ ilin sonunadək Rusiyaya qarşı sanksiyaların götürülməsinə baxa bilər”.

Bunu ABŞ Dövlət katibi John Kerry yanvarın 22-də Davosda keçirilən beynəlxalq forumda deyib.

O qeyd edib ki, vitse-prezident Joe Bidenlə birlikdə bu həftə Davosda Ukrayna prezidenti Petro Poroshenko ilə bu razılaşmanın tam yerinə yetirilməsini müzakirə edəcəklər.

Kerry qeyd edib ki, tərəflərin bu problemə həqiqi yanaşması və doğrudan həll etmək əzmində olması, yaxın aylarda Minsk sazişinin reallaşması və sanksiyaların ləğvinə apara bilər.

Vaşinqton Rusiyaya qarşı sanksiyaların ləğvini Ukrayna münaqişəsi ilə bağlı Minsk razılaşmasının tam yerinə yetirilməsi ilə bağlayır.

Minsk razılaşması ötən ilin fevralında Almaniya, Fransa, Ukrayna və Rusiyanın iştirakı ilə əldə edilib.

Sazişdə Ukraynanın Şərqində atəşin dayandırılması, ağır silahların təmas xəttindən çıxarılması, əsirlərin dəyişdirilməsi, Ukraynanın şərqindəki separatçı regionlarda yerli seçkilər keçirilməsi və bu regionlara böyük muxtariyyət verilməsi nəzərdə tutulur.

Rusiya prezidenti Vladimir Putin bu ay müsahibələrindən birində sanksiyaların ölkə iqtisadiyyatına ciddi ziyan vurduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG