Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:26

Rusiya prezidenti Vladimir Putinin suriyalı həmkarı Bashar Assadı istefaya getməyi çağırdığı bildirilir.

Bu barədə yanvarın 22-də Financial Times 2 yüksək səlahiyyətli xarici kəşfiyyat rəsmisinə istinadla yazıb.

Nəşrin məlumatına görə, Rusiya Baş Kəşfiyyat İdarəsinin rəhbəri İgor Sergun bu məlumatı Assada çatdırmaq üçün Suriyaya gedib. Məlumata görə Assad isə guya deyib ki, onun həlledici rolu olmadan Suriya-Rusiya münasibətləri inkişaf edə bilməz.

Amma TASS-ın yazdığına görə Kremlin sözçüsü Dimitry Peskov Putinin Assada belə bir şey təklif etmədiyini deyib.

Qeyd edək ki, Sergunun yanvarın 3-də Moskva ətrafındakı istirahət evində ürək tutmasından vəfat edib.

Amma “Stratfor” mərkəzi xüsusi hesabata istinadla onun yanvarın 1-də Livanda öldüyünü yazır.

Qeyd edək ki, Rusiya Bashar Assadı Suriyanın legitim prezidenti sayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG