Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:17

Avropa Məhkəməsi Xədicənin daha bir şikayətini araşdırır


Xədicə İsmayılova
Xədicə İsmayılova

-

Avropa Məhkəməsi araşdırmaçı jurnalist, Azadlıq Radiosunun hazırda həbsdə olan əməkdaşı Xədicə İsmayılın daha bir şikayətini araşdırmağa başlayıb.

Məhkəmə jurnalistin şəxsi həyatın toxunulmazlığının pozulmasına dair şikayət üzrə hökumətə sorğu göndərib.

Bu haqda Azadlıq Radiosuna fəaliyyətini dayandırmış Media Hüququ İnstitutundan məlumat verilib. Sözügedən iş üzrə X.İsmayılı həmin institutun vəkilləri təmsil edib.

X.İsmayılın araşdırılan işi peşə fəaliyyətinə görə hədələnməsi, şəxsi həyat məzmunlu bilgilərinin yayılması ilə bağlıdır.

Xədicə İsmayıl 2012-ci ildə hədələyici məktublar almışdı. Həmin məktublarda ondan araşdırmalarına son qoyması tələb olunur, əks halda şəxsi videogörüntülərinin yayılması ilə şantaj edilirdi. Məktubların ardınca internet üzərindən jurnalistin videogörüntüləri yayımlanmışdı.

Hökumətin nəzarətində olan “Səs”, “Yeni Azərbaycan” qəzetləri isə X.İsmayılı aşağılayan məqalələr dərc etmişdilər. Jurnalistin vəkilləri X.İsmayılın üzləşdiyi hüquq pozuntularının araşdırılması üçün Baş Prokurorluğa şikayət etsə də, həmin müraciətlər araşdırılmamışdı. Yerli məhkəmələr də jurnalistin şikayətlərini rədd etmişdilər.

Buna da bax: Teleradio Şurası Mirşahinin proqramını qapatdı

Vəkillərin Avropa Məhkəməsinə göndərdikləri şikayətdə qeyd olunur ki, ölkə məhkəmələri hüquqları pozulan jurnalistin iddiaları üzrə qərarlar verərkən onun Avropa Konvensiyasında təsbit olunmuş ədalətli məhkəmə araşdırması (maddə 6), şəxsi həyatın toxunulmazlığı (maddə 8) və ifadə azadlığı (maddə 10) hüququna müdaxilə ediblər.

Avropa Məhkəməsindən ərizəçinin hüquqlarının pozulmasının tanınması, onların işlə bağlı çəkdikləri xərclərin, habelə onlara dəymiş maddi və mənəvi zərərlərin əvəzinin ödənilməsinin təmin olunması xahiş edilib.

Xədicə Amal Clooney haqqında nə dedi?
Gözlə

No media source currently available

0:00 0:14:14 0:00

XS
SM
MD
LG