Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:56

"Şərəf" ordeni M.İbrahimbəyova verildi


-

Yanvarın 22-də Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən təltif edilən xalq yazıçısı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyova “Şərəf” ordenini təqdim edib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, təqdimat mərasimi Maqsud İbrahimbəyovun yaşadığı evdə keçirilib. Nazir Əbülfəs Qarayev Maqsud İbrahmbəyovun Azərbaycan teatr və kino sənətinin inkişafına böyük töhfələr verdiyini qeyd edib. O, M.İbrahimbəyovun əsərləri əsasında çoxsaylı tamaşaların səhnəyə qoyulduğunu bildirib. Yazıçının əsərlərinin xarici dillərə tərcümə olunduğu diqqətə çatdırılıb. Maqsud İbrahimbəyov 1935 - ci il mayın 11- də Bakıda doğulub.

Yazıçının ordenlə təltif edilməsi haqda fərmanı ötən ilin mayında prezident İlham Əliyev verib.

1976-cı ildə Azərbaycan Dövlət Mükafatı laureatı, 1979-cu ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi, 1988-ci ildə Azərbaycan xalq yazıçısı, 1995-ci ildə “Şöhrət” və 2005-ci ildə “İstiqlal” ordenləri, 2015-ci il mayın 7-də “Şərəf” ordeni ilə təltif edilib. M.İbrahimbəyovun ssenariləri əsasında müxtəlif ölkələrdə 18 bədii və 7 sənədli film çəkilib. Onlardan "Bizim Cəbiş müəllim", "Uşaqlığın son gecəsi", "Yarımçıq qalmış serenada", "Truskavetsə kim gedəcək?", "Gözəl bir gündə" ("V odin prekrasnıy den"), "Sonuncu intervyu", "Bayquş gəldi", "Qızıl reys", "Axırı yaxşı qurtaran əhvalat", "Bakı müharibə illərində" filmləri ölkə kinematoqrafiyasının qızıl fonduna daxil olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG