Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:21

Ukraynanın antimonopoliya agentliyi Rusiyanın “Qazprom “ şirkətinə 3,5 milyard dollarlıq cərimə kəsib.

Agentlik “Qazprom”u Ukraynanın qaz-tranzit sisteminə monopoliya nəzarətində günühlandırır.

Bunu yanvarın 22-də Kiyev Antimonopoliya Komitəsi-nin rəhbəri Yuriy Terentyev özünün Feysbuk səhifəsində yazıb, amma pozuntunun detallarına aydınlıq gətirməyib.

Rusiyanın “Qazprom” şirkəti həftənin əvvəllərində 2015-ci ilin 3-cü rübünə görə Ukraynanın ona 2,55 milyard dollar borcu olduğunu və bunu ödəmək üçün Kiyevin 10 gün vaxtı olduğunu bildirib.

Ukrayna bu məbləği ödəməkdən imtina edir.

“Qazprom” la “Naftohaz” məsələni İsveçdəki arbitiraj məhkəməsinə çıxarıblar.

“Qazprom” Ukraynanın ümumilikdə 29 milyard 200 milyon dollar borcu olduğunu təkid edir.

Avropa Birliyi qazın 40 faizini Ukrayna vasitəsi ilə Rusiyadan alır.

Günün bütün mövzuları

XS
SM
MD
LG