Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:42

Ukrayna prezidenti Petro Poroshenko hazırda rusiyapərəst separatçılarının nəzarətində olan Krım və ölkənin şərq regionunun Ukraynanın nəzarətinə qaytarılacağını bildirib.

O yanvarın 22-də “Milli Birlik” günü münasibəti ilə çıxışında bəyan edib ki, sarı və göy rəngli Ukrayna bayrağı Donetsk,Quqansk, Simferopol və Sevastopola dönəcək.

“Milli Birlik” günü Ukraynada 1919-cu ildən, Ukrayna Xalq Respublikası və Kiyevdəki Qərbi Ukrayna Xalq Respublikasının birləşməsi aktından qeyd edilir.

Poroshenko bundan əvvəl CNN televiziyasına müsahibəsində bildirib ki, Kiyev Beynəlxalq Valyuta Fondundan 7 milyard dollarlıq kredit gözləyir.

Qeyd edək ki, Rusiyanın ötən ilin martında Krımı ilhaq eləməsi və ölkənin şərqindəki separatçıları dəstəkləməsinə görə Kİyevlə Moskva arasında münasibətlər pozulub.

Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 9 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG