Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:23

AXCP müşavirinin məhkəməsində «zərərçəkən» problemi


"Zərərçəkən prosesə gəlmir, bu isə o deməkdir ki..."
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00

"Zərərçəkən prosesə gəlmir, bu isə o deməkdir ki..."

-

Zərərçəkənlərdən biri AXCP sədrinin həbsdə olan müşaviri Məmməd İbrahimin məhkəməsinə qatılmayıb.

Müşavirin vəkili Yalçın İmanov AzadlıqRadiosuna deyib ki, adı zərərçəkən kimi keçən Məhəmməd Qurbanov heç bir səbəb göstərmədən məhkəməyə gəlmir:

«Bu, artıq 4-cü prosesdir ki, zərərçəkən məhkəməyə gəlmir və gəlməməsinin səbəbini də məhkəməyə bildirmir. Biz onun zərərçəkmiş statusuna xitam verilməsi üçün məhkəməyə müraciət etdik, axı cinayət işinin materiallarından da görünür ki, ona hər hansı xəsarət yetirilməyib və o, heç bir zərər çəkməyib».

Yalçın İmanovun sözlərinə görə, Məhəmməd Qurbanovun məcburi gətirilməsini istəsələr də, hakim bu vəsatəti rədd edib və deyib ki, zərərçəkmiş şəxs gələn prosesə qatılacaq.

Vəkilin 2-ci vəsatətidigər zərərçəkən Oruc Vəliyevlə bağlı olub: «O, yanvarın 11-də keçirilən prosesdə bildirmişdi ki, yaddaşı pozulduğundan, hadisələri düzgün qavramaqda çətinlik çəkir. Biz vəsatət qaldırdıq ki, ona psixiatrik ekspertiza təyin olunsun. Həmin vəsatət də heç bir əsaslandırmasız rədd edildi».

Proses yanvarın 29-na ertələnib.

Məmməd İbrahim bir müddət əvvəl AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı Məmməd İbrahim onları da vurub. Bundan sonra Məmməd İbrahimə ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. Bu maddə iki ilədək islah işləri və ya beş ilədək həbs cəzası nəzərdə tutur.

Məmməd İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG